Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş verən terror hadisəsinin 4-cü ildönümü ilə bağlı Bakıda aksiya keçirməyə cəhd edilib.
APA-nın xəbərinə görə, bir qrup gənc Nizami Kino Mərkəzinin qarşısından “Sahil” bağına doğru hərəkət edib. Onlar müxtəlif şüarlar səsləndiriblər.
Polis Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısını alıb.