Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
525.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.