İtalyalı Emma Morananın ölümündən sonra dünyanın ən yaşlı insanı ünvanını 117 yaşlı yamaykalı Violet Mosse Broun qazanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Violet uzunömürlüyün sirrini açıb.
O, xüsusi bir formuldan istfadə etmədiyini, hər şeyi yeyib-içdiyini, lakin spirtli içkilərdən uzaq durduğunu söyləyib. Broun hətta yaddaşının da yaxşı olduğunu, ilk avtomobilin satışa çıxmasın, təyyarələrin Yamaykaya gəlməsini, iki dünya müharibəsinə şahidlik etdiyini ifadə edib.