Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək.
İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
"Azəravtoyol” ASC sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.