Dağıstanda orta məktəblərin birində partlayış baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub.
"Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib. Nəticədə sinifdə partlayış baş verib”, - deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.