APA-nın məlumatına görə, hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb.
Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.