Aprelin 28-də ABŞ-ın dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
“BMT Təhlükəsizlik Şurasının üzvləri ilə keçiriləcək diskussiyalarda Şimali Koreyaya qarşı tədbirlər, o cümlədən, yeni sanksiyaların tətbiqi nəzərdən keçiriləcək”, deyə M.Toner bildirib.