"Hazırda Suriyada baş verən müharibə, Rusiyaya qarşı sanksiyaların yürüdülməsi və bir sıra digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib".
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub:
"Bu hadisələr həmçinin neftin qiymətini aşağı salıb ki, bu da Xəzəryanı ölkələrin ümumi daxili məhsul istehsalına, ümumilikdə onların iqtisadiyyatına mənfi təsir edib".