Milli Məclisin növbəti plenar iclası mayın 2-də keçiriləcək.
APA-nın məlumatına görə, iclasın gündəliyinə bir sıra sazişlərin ratifikasiyası, Cinayət, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər layihələrinin müzakirəsi daxil edilib.
Bundan başqa, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və "Daşınar əmlakın yüklülüyü haqqında” (ikinci oxunuş) qanun layihələrinin müzakirəsi də gündəliyə daxildir.