Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahkı görüşün müəyyən mərhələsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də qatılacaq:
"Görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri dinləniləcək, münaqişənin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq".