|
|
|
|
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə mayın 3-dən 5-dək tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçiriləcək.
ATGTİ-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə “Birinci ol!” şüarı ilə keçirilən tələbələrin “Univiziya” mahnı müsabiqəsi ilk dəfə 2012-ci ildə reallaşdırılıb və müsabiqənin ilk qalibi Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olmub. Ötənilki müsabiqədən fərqli olaraq bu müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmayıb.
Müsabiqənin yarımfinal mərhələsi mayın 3-də Heydər Əliyev Sarayında keçiriləcək. Yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak edəcək. Final mərhələsinə 12 iştirakçı vəsiqə qazanacaq. Final mərhələsi mayın 5-də Heydər Əliyev Sarayında baş tutacaq.
Tələbələrin “Univiziya” II mahnı müsabiqəsinin qalibi mayın 30-31-də Bakı şəhərində keçiriləcək Beynəlxalq “Univiziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək.
GÜNEL