Bu gün Dəməşq Beynəlxalq Aeroportunda iki güclü partlayış baş verib. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Bir təyyarə də yanıb. Artıq yanğın söndürülüb. Suriyanın rəsmi SANA agentliyi isə yanğının aeroportda kerosin anbarına raket düşməsi nəticəsində baş verdiyi barədə məlumat yayıb. Raket müxaliflər tərəfindən Şərqi Qutanın rayonlarından birindən atılıb.
Bu arada Suriya müxalifəti prezident Bəşər Əsədə sadiq ordu bölmələrinin sünnilərin yaşadığı Aralıq dənizi sahilindəki Beyda kəndində qətliam törətdiyi, 100 nəfərin öldürüldüyünü iddia edib.