|
|
|
|
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mayın 10-da başa çatacaq Bakı Şopinq Festivalı haqqında danışıb.
"Mən bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm iştirak etmək imkanım olacaq" - deyə, o, mayın 6-da Eurasiadiary.com saytına müsahibəsində bildirib.
Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir:
"Ümid edirəm ki, Bakı Şopinq Festivalı kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq".