"Azərbaycan hökuməti enerji sektorundan əldə edilən gəlirləri müdrikcəsinə bölüşdürə və bəzi neft hasil edən ölkələrin üzləşdiyi bir sıra çətinliklərdən yan keçə bildi".
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.
"Bununla da aktivlərin idarə edilməsinin vacib mexanizmi yaradıldı ki, bu da dünyanın müstəqil fondları arasında ən şəffaflarından biri hesab edilən Azərbaycan Respublikası Dövlət Neft Fondudur", - İlham Əliyev qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan zənginlərin daha varlı, yoxsulların isə daha yoxsul olduğu vəziyyətdən yan keçə bildi.
"Hökumətin əsas məqsədi yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması olub. Sərvətin ədalətli bölüşdürülməsi, infrastruktura, insan kapitalına və ilk növbədə, təhsilə investisiyaların yatırılması hökumətin hədəfləri olaraq qalır, çünki təhsil uğurun əsasıdır", - İlham Əliyev qeyd edib.