https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

“Maşın Şou”nun büdcəsi açıqlandı

“Maşın Şou”nun büdcəsi açıqlandı
“M Group Production”ın komandası “Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşır.

APA-nın xəbərinə görə, “Maşın şou”nun aparıcısı Murad Dadaşov bildirib ki, şouda iştirak edəcək şəxsləri özü seçib.

Onun sözlərinə görə, hazırda ciddi hazırlıqlar gedir:
 
“Şou üçün çox mürəkkəb televiziya avadanlıqları gətirilib və artıq quraşdırılıb. Azərbaycanda bu miqyasda ikinci layihə yoxdur. Azərbaycanda ən çox büdcəsi olan şou proqram “Maşın” realiti şousudur. Büdcəmiz yarım milyon manatdır”.
 
M. Dadaşov qeyd edib ki, şounun yüksək səviyyədə təqdimatı üçün Yaponiya istehsalı olan avadanlıqlardan istifadə olunacaq.

Mayın 28-dən etibarən “Azad Azərbaycan” kanalında yayımlanacaq şou 21 gün davam edəcək.

Tamaşaçılar şounu hər gün saat 22.00-dan izləyə biləcəklər.
 
Şounun iştirakçıları 30 min dollar dəyəri olan “Nissan- Kicks” markalı avtomobil uğrunda mübarizə aparacaqlar.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.