Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ölkəmizdə elektron universitetin fəaliyyət konsepsiyasının işlənilməsi istiqamətində araşdırmalar aparılır.
İnstitutdan AzərTAc-a bildirilib ki, Azərbaycan üçün daha uyğun elektron universitet modeli hazırlanıb.
Hazırda e-modelin tətbiqi istiqamətində işlər aparılır. Bir sıra modulların struktur sxemləri və onların reallaşdırılması üzrə müvafiq alqoritmlər tərtib edilir.