https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

“İslam Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”

“İslam Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”
“IV İslam Həmrəyliyi Oyunları zamanı xırda bir problem belə baş verməyib”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan komandası İslamiadada 75 qızıl medalla birinci yeri tutub: “Oyunlarda iştirak edən ölkələrin 70 faizdən artıq ölkə medal qazanıb. Bu da onu göstərir ki, gərgin mübarizə gedib. Bu gərgin mübarizə nəticəsində Azərbaycan yığması 1-ci yerdə qərarlaşıb. IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”.
 
A. Rəhimov deyib ki, iştirakçı ölkələrin bütün idmançıları hər bir xidmətdən razı qalıblar. O əlavə edib ki, bir neçə ölkənin yığma komandası mayın 25-dək Atletlər kəndində qalacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.