|
|
|
|
BMT Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib.
Trend-in məlumatına görə, bu gün bununla bağlı müvafiq qətnamə qəbul edilib.
Qətnamənin müəllifləri kimi Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər.