https://525.az/img/pics/medium/2024-04/310192_f914g1xa5j.jpg Sən kim olmaq istəyirsən? - Günel İmran yazır
https://525.az/img/pics/medium/2024-04/308645_f5b2qp08pg.jpg Dilimiz - milli kimliyimiz
https://525.az/img/pics/medium/2024-04/310155_guuf806cop.jpg Üzeyir Hacıbəyli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə - Aysel Kərim yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Topçubaşov xəstəxanasında sığorta möhürü - Sosial şəbəkədə yazılanlar
search
16 Aprel 2024

“Dino başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır”

“Dino başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır”

Cənubi Afrika Respublikası millisinin 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, “Qarabağ”ın hücumçusu Dino Ndlovu milliyə dəvət almayıb.

Yığmanın yeni baş məşqçisi Stüart Bakster yerli mətbuata açıqlamasında Dinoya dəvət göndərməməsinin səbəbəni izah edib və onu diqqətdə saxladığını deyib:

“Futbolçuları izləmək mənim üçün çox vacibdir. Təsadüfi deyil ki, 32 ildir məşqçi işimi davam etdirirəm. Dino haqda fikirlərim müsbətdir. Bu cür oynamaqda davam etsə, onu yığmaya çağırmaq haqda ciddi düşünəcəm. İndiki vəziyyətdə bu haqda nəsə demək tezdir. Mən onun oyununu izləyirəm.

Düzdür, Dino Azərbaycanda işini layiqincə görür, qollar vurur. Amma başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır. Düzdür, Azərbaycan çempionatı o qədər də zəif deyil, ancaq intizamsızdır. Məncə, seçimimi vicdanla etmişəm”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.