Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda erməni hərbçi öldürülüb.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 11:45 radələrində baş verib.
Erməni qüvvələrinin atəşkəsi pozmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində 21 yaşlı Armen Rafikoviç Arutyunyan zərərsizləşdirilib.