"Başqa dövlətlər ölkəmizdəki inkişafa, əmin-amanlığa qibtə ilə baxırlar".
APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
"Görürsünüz, inkişaf etmiş, tanınmış ölkədə - İngiltərədə bu günlərdə terror aktı törədildi. Onlarla insan həlak oldu. Dövlət Təhlükəsizliyi Xidməti dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin edir", - deyə DTX rəisi qeyd edib.