İsrail polisi Qüds müftüsünü həbs edib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Fələstin Fətva Qurumundan verilən yazılı açıqlamada İsrail polisinin Qüds müftüsü Məhəmməd Hüseynin evinə basqın edərək onu həbs etdiyi bildirilib.
Fələstin rəsmiləri bunu özbaşınalıq kimi dəyərləndiriblər.
2007-ci ildə həbs edilən və 6 il sonra hər hansı açıqlama verilmədən azadlığa buraxılan "Əl Fəth" Hərəkatının deputatı Camal əl Tayravi İsrailin fələstinliləri özbaşına həbs etdiyini və bu insanların həyatını aşağıladığını bildirib.