İraqın şimalındakı türkmən şəhəri Kərkükdǝ sǝhǝr saatlarında iki partlayış törədilib. Hər iki hücumda şimaldakı regional hökumətə bağlı təhlükəsizlik qüvvələri hədəfə alınıb.
Kərkük polisindən verilən məlumata görə, ilk partlayış Kərkük-Tiqrit yolunda baş verib. Bomba yüklü maşınla törədilən partlayışda 1 polis ölüb, 11 nəfər yaralanıb.
Cəlal Talabaninin lideri olduğu İraq Kürdüstan Yurdsevərlər Partiyasının bürosuna edilən hücum nəticəsində isə altısı ağır olmaqla 21 nəfər yaralanıb. Yaralılar Kərkükdəki xəstəxanalara göndǝrilib.
TRT