Bu gün Lənkəran Rayon Məhkəməsində “Hüseyniyyə” məscidində baş vermiş insidentə görə, təqsirləndirilən İlkin Əsədov və İbrahim Azadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 2 il sınaq müddəti təyin olunmaqla 3 il şərti olaraq azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2012-ci il dekabrın 5-də Lənkəranda Kiçik Bazar ünvanında yerləşən “Hüseyniyyə” məscidində dini icma rəhbəri olan Həmdulla Əliyevlə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. H. Əliyev bundan sonra şikayət edərək, həmin şəxslərin onu döyərək xəsarət yetirdiklərini bildirib. Nəticədə məsələ ilə bağlı cinayət işi başlanılıb