“Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi" rəssam Serhan Çifçigüzelin "Türk Miniatür və əl işləri" sərgisini təşkil edəcək.
525.az-ın məlumatına görə, sərginin açılışı 15 May saat 17.30- da Müzey Mərkəzində keçiriləcək. Açılış mərasimi Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun tərəfindən reallaşacaq. Sərgiyə Türkiyə, Balkan bölgələri, eləcə də, türk dünyası xadimləri ilə yanaşı Azərbaycan millət vəkilləri elm, sənət, mətbuat mənsubları və bir çox qonaqlar dəvət edilib.
Canlı musiqi ilə müşayiət olunacaq sərgi mayın 18-ə qədər davam edəcək.