https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
28 Mart 2024
27 Mart 2024

Səidə "Maşın"dan getdi

Səidə "Maşın"dan getdi

Aprıcısı Murad Dadaşov olduğu "Maşın" şounun daha bir buraxılışı geridə qalıb.

Axşam.az-ın məlumatına görə, iştirakçılar bu dəfə bir-birilərinin fotolarını atıblar. Odur ki, qaydalara əsasən, gün ərzində ünvanına ən az səs gələn müğənni Səidə Sultan səsverməyə çıxıb.

Səidə səs topladığı təqdirdə ya rejissor Aqil M.Quliyevi, ya da aktyor Elcan Rəsulovu oyundan uzaqlaşdıracağını bildirib.

E.Rəsulov isə ifaçının hədəfi özü olduğunu söyləyib və tamaşaçılardan Səidəyə "getsin"ə səs verməyi xahiş edib.

Şounun sonuna az qalmış isə müğənni Elcanı deyil, Aqili oyundan kənarlaşdıracağını söyləyib.

Aqil Səidəyə "Çox gözəl aktrisadır. Özü də öz emosiyalarına inanır" deyərək sənətçinin getməsinə səs istəyib.

Veriliş boyu tərəflər arasında qarşıdurma yaşanıb.

Sonda S.Sultan 21,07 faiz səs yığaraq oyundan özü gedib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.