Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının I iclası keçiriləcək.
Bu barədə 525.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İki gün davam edəcək iclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.
Qeyd edək ki, 2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalanıb. Sənədə əsasən, sərhəd xətti keçmiş Azərbaycan SSR və Dağıstan MSSR arasında mövcud olan sərhədlə üst-üstə düşür. Rusiya Azərbaycanın dövlət sərhədi haqqında saziş imzaladığı ilk ölkədir.