APA-nın “kavkaz-uzel.eu” saytına istinadən verdiyi məlumata görə, “AtlasJet” aviaşirkətinə məxsus təyyarə İstanbul-Tbilisi aviareysini həyata keçirərkən hava boşluğuna düşüb.
Təyyarə havaya qalxandan 15-20 dəqiqə sonra onu ildırım vurub. Təyyarənin idarəetməsində problem yarandıqdan pilotlar Atatürk hava limanına qayıtmağa qərar veriblər.
Bir müddət sonra təyyarə yenidən havaya qalxıb və heç bir problem olmadan Tbilisiyə çatıb.