Azərbaycan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.
APA-nın məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Azərbaycan Prezidentinin təqdimatına baxılıb.
Layihəyə əsasən, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizdə Ali Məhkəməyə hakimliyə namizəd kimi irəli sürülüblər.
Komitə təklifi qəbul edərək plenar iclasa tövsiyə edib.