Birləşmiş Ərəb Əmirliklərində Suriya ilə bağlı sürpriz toplantı keçirilib.
Xarici işlər naziri Əhməd Davudoğlu da toplantıda iştirak edib.
Türkiyə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın iştirak etdiyi toplantıda nazirlər Reyhanlıdakı terror aktını qınayıblar.
Nazirlər bu cür terror aktları nəticəsində Suriyadakı böhranın bölgəyə yayılması təhülkəsinə diqqət çəkiblər.
Suriyadakı humanitar böhranla yanaşı, ayın sonunda keçiriləcək İkinci Beynəlxalq Suriya Konfransıyla bağlı məsələlər də müzakirə edilib.
Keçən il Cenevrədə qəbul edilən qərarları problemin həllində uyğun zəmin kimi dəyərləndirən nazirlər başda Əsəd və rejimi olmaqla əli qana olanların Suriyanın gələcəyində yerinin olmadığını bildiriblər.
Suriya Milli Koalisiyasının bu ölkə xalqının yeganə legitim təmsilçisi olduğunu vurğulayan 6 bölgə ölkəsinin nazirləri Suriyadakı humanitar böhranın məsuliyyətinin də birbaşa Əsəd rejiminin üzərində olduğunu qeyd ediblər.
TRT