Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın səlahiyyət müddəti avqustun 31-də bitəcək.
APA-nın məlumatına görə, bu barədə M. Mard özü bildirib.
O yaxın vaxtlarda Brüsseldə Azərbaycandakı nümayəndəliyin yeni rəhbərinin adının açıqlanacağını bildirib:
"Mən isə İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam. Ailəm də Stokholma qayıdır. Amma biz Azərbaycana gəlib-gedəcəyik. Bizim burada dostlarımız var. Mənim iki oğlum 4 ildir buradadır. Onlar Azərbaycana yenidən səfər etməyimizi planlaşdırırlar”.