https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
search
25 Aprel 2024

Moldova prezidenti Formula 1 Paddokunda

Moldova prezidenti Formula 1 Paddokunda
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olublar.
 
APA-nın məlumatına görə, onlar yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər, habelə beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanış olublar.
 
“Formula One Group”un icraçı direktoru Çeyz Keri AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.
 
Sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.