https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
search
24 Aprel 2024

"Formula-1": Hamilton birinci başlayacaq

"Formula-1": Hamilton birinci başlayacaq

Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama yarışı keçirilib.

Apasport.az saytının məlumatına görə, bir saat davam edən yürüşdə 10 komandanın 20 deyil, 19 pilotu mübarizə aparıb.
 
Buna səbəb "Renault"un üzvü Colion Palmerin üçüncü sərbəst yarışda yanacaq sızmasına görə bolidinin mühərrikinin alışmasındı. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən onun dəyişdirilməsinə ehtiyac yaranıb. Lakin bu, sıralama turuna kimi mümkün olmadığından Palmer yürüşü azarkeş kimi izləyib.
 
Digər 19 pilot isə öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə “Mercedes”in pilotu Luis Hamilton imza atıb. 32 yaşlı idmançı 1:40.593 dəqiqəlik göstərici ilə sabah yarışa ilk pillədə başlayacaq.
 
Onun komanda yoldaşı Valterri Bottas (1:41.027) start xəttində ikinci yerdə dayanacaq. “Ferrari”nın pilotu Kimi Raykkonen (1:41.693) ən yaxşı 3-cü göstəriciyə imza atıb.
 
"Red Bull" komandasının pilotu Daniel Rikkardo isə sıralama yürüşün başa vura bilməyib. O, qəza törətdiyindən turu vaxtından əvvəl bitirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.