|
|
|
|
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin aktrisa Luiz Lintonla evlənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 300 nəfərin iştirak etdiyi toyda əsas qonaqlar prezident Donald Tramp və xanımı Melaniya olub. Onlardan başqa gecəyə vitse-prezident Mayk Pens və xanımı da qatılıb.
Melaniya isə yenə də gözoxşayan geyimi ilə gecəyə damğa vurub.
Qeyd edək ki, bu evlilik Munçin üçün üçüncü, Linton isə ikincidir. Onlar 2013-cü ildə tanış olublar.