“Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibbi mərkəz yaradır. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər”.
Bunu APA-nın Tehran bürosuna İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.
M.Puribrahimi Davərani bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş potensial var:
“Ümid edirəm bu sahədə əməkdaşlıq inkişaf etdiriləcək”.