Macarıstan Azərbaycana nota verib.
APA-nın Macarıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet dünən Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşüb.
J. Nemet avqustun 31-də Azərbaycana qaytarılmış Ramil Səfərovun əfv edilməsi ilə bağlı Macarıstanın mövqeyini çatdırıb.
O, Macarıstanın diplomatik notasını səfirə təqdim edib.
Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahatlığı ifadə olunub.