ABŞ telefon dinləmə iddialarıyla çalxalanır.
Amerikanın Ədliyyə Nazirliyinin keçən il 2 ay boyu "Associated Press"in bəzi müxbirlərinin telefon danışıqlarını gizli yolla əldə etdiyi və bunları araşdırdığı ortaya çıxıb.
Nazirlik bu çərçivədə 20-dən çox şəxsi və iş telefonuyla həyata keçirilən danışıqları araşdırıb. Bu xətlərdən isə o dövrdə 100-dən çox müxbir istifadə edib.
Ədliyyə Nazirliyi agentliyi bir istintaq çərçivəsində dinlədiklərini bəyan edib. İstintaqın isə Yəməndəki bir terror aktı planıyla bağlı olduğu bildirilir. İddiaya görə, AP "Əl Qaidə"nin Yəməndəki qolunun 7 may 2012-ci ildə ABŞ-a gedərək bir sərnişin təyyarəsinə bomba yerləşdirməyi planlaşdırdığını və bu planın qarşısının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən alındığını yazıb. Xəbərdə əməliyyatla bağlı detallara da yer verilib. Ədliyyə Nazirliyi isə planı MKİ-dən kimin sızdırdığını öyrənmək üçün agentliyin telefonlarını dinləməyə başlayıb.
Skandal ortaya çıxdıqdan sonra AP rəhbəri Qari Pruit ədliyyə naziri Erik Holderə məktub göndərərək agentliyin xəbər hazırlama və yayma haqlarının ciddi şəkildə pozulduğunu bildirib. "Telefonların dinlənilməsini haqlı göstərəcək heç bir arqument ola bilməz" deyən Pruit bütün qeydlərin surətləriylə birlikdə geri verilməsini istəyib.
Ədliyyə Nazirliyindən verilən açıqlamada isə baş verənlərin mövcud qaydalara uyğun olduğu, mətbuat azadlığı və xalqın mənafeyi arasında balans yaratmaq lazım gəldiyi bildirilib.
TRT