Lent. az-ın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında danışıb. İclasda 12 məsələ müzakirə olunub.
AMEA-nın sabiq prezidenti, akademik Həsən Abdullayevin 95 illik yubileyinin qeyd edilməsi, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun həmin institutun Elmi Şurasının sədri vəzifəsinə təyin olunması, AMEA-nın Fizika İnstitutunun və Mərkəzi Nəbatat Bağının Elmi Şuralarının tərkibində müəyyən dəyişikliklər aparılması, ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin anadan olmasının 150 illik, iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 90 illik yubileylərinin keçirilməsi və s. məsələlər müzakirə edilərək qəbul olunub.
Qeyd edək ki, məruzələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.