Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) mötəbər beynəlxalq bir quruma – Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına (ANPED) üzv qəbul edilib.
Bundan əvvəl BMT-nin İqtisadi-Sosial Şurasının, ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan BAMF ANPED-lə əməkdaşlığa da böyük üstünlük verir.BAMF rəhbəri Umud Rəhimoğlu bildirib ki, ANPED vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması istiqamətində güclü strategiyaya və aydın platformaya malikdir:
“ANPED-in səmərəli əlaqələndirici fəaliyyəti, müxtəlif debatların təşkili və bu debatlarda iştirakın yeni formalarının tətbiqi sahəsində fərqli metodologiyası var. İnanıram ki, BAMF-ın bu mötəbər qurumla əməkdaşlığından Azərbaycanda, eləcə də post-sovet məkanında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri faydalanacaqlar”.