https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

"Qəbələ", "İnter" və "Zirə"nin mümkün rəqibləri bilindi

"Qəbələ", "İnter" və "Zirə"nin mümkün rəqibləri bilindi

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibləri bəlli olub.

"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə  qarşılaşacaq. İlk görüş Afinada olacaq.

"İnter” ilk ounda 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Zaur Svanadzenin komandası 3-cü mərhələyə yüksəlsə, ilk görüşü səfərdə keçirəcək.

"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq. Təmsilçimiz "Astra" səddini keçə bilsə, ilk oyunu Bakıda olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.