Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.
Mərkəzdən 525.az-a verilən məlumata görə, kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.
Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.