Tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevin açdığı yeni xəbər portalının adı məlum olub. Modern.az saytının məlumatına görə, onlayn mediaya qoşulan yeni portal virtualaz.org – Virtual Azərbaycan adı altında fəaliyyət göstərəcək. Sayt hazırda test rejimindədir.
“Yeni Müsavat” qəzetini tərk edən Famil Cəfərli saytın Azərbaycan bölməsinin redaktoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Eynulla Fətullayev Modern.az-a açıqlamasında saytında tanınmış imzaların çalışacağını bildirmişdi.
E.Fətullayev hazırda rusca fəaliyyət göstərən haqqin.az saytının rəhbəridir. Bundan öncə o, “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” adlı gündəlik qəzetlər nəşr etdirib.