İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı insident nəticəsində iki iordaniyalının öldüyü, bir İsrail vətəndaşının yaralandığı bildirilib.
“Ammon” agentliyinin məlumatına görə, silahlı şəxslər səfirliyin binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdiriliblər.