İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.
Bu barədə APA-ya Dövət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.