Fransanın cənubunda tüğyan edən meşə yanğınları üzündən 10 min insan təxliyə edilib.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, meşə yanğınlarının söndürülməsinə 4 min yanğınsöndürən cəlb edilib.
Artıq Aralıq dəniz sahili və Korsika adasında 4 hektarlıq sahə yanıb. Meşə yanğınları həmçinin məşhur San-Trope kurortuna təhlükə yaradıb. Yanğının söndürülməsi zamanı 12 yanğınsöndürən və 15 polis xəsarət alıb.