Fransanın ardınca Böyük Britaniya da 2040-cı ildə dizel və benzin mühərriklərini qadağan etmək niyyətində olduğunu açıqlayıb.
İKT.lent.az-ın "Electrek"ə istinadən xəbərinə görə, bu addım ilk növbədə havanın getdikcə çirklənməsinin qarşısını almaq niyyətindən doğur.
Böyük Britaniya hökumətinin mətbuat katibi bildirib ki, havanın pis keydiyyəti sağlamlıq üçün ən böyük ekoloji riskdir: "Hökumət ən yaxın vaxtlarda həlledici addımlar atmaq fikrindədir. Əks halda, havanın təmizlənməsi büdcəyə hər il 12 milyard dollara başa gələ bilər".
Qeyd edək ki, 2025-ci ildə Hollandiyada qaz və benzinlə işləyən maşınlar qadağan ediləcək.