https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
search
28 Mart 2024

Neymarın məhkəməsi başa çatdı

Neymarın məhkəməsi başa çatdı
Braziliya yığmasının hücumçusu Neymarın 2013-cü ildə “Santos”dan “Barselona”ya transferi zamanı vergidən yayındığı iddiası ilə əlaqədar açılan məhkəmə başa çatıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvardın günahsız olduğu təsdiqlənib.
 
Məsələ burasındadı ki, Neymarın menecerliyini edən atasının həmin transfer zamanı “Barselona”nın o vaxtkı prezidenti Sandro Rossel və hazırkı rəhbər Xosep Bartomeu ilə qeyri-qanuni sənədlərə qol çəkildiyi iddia edilirdi.

Prokurorluq futbolçunu həmin keçid zamanı qazandığı 44 milyon avronun vergisini ödəməkdən yayınmaqda ittiham etmişdi. Lakin məsələni araşdıran Braziliya məhkəməsi Neymarın vergi borcu ilə əlaqədar olan sənədləri bağlayaraq məhkəmənin sona çatdığını elan edib.
 
Qeyd edək ki, 2013-cü ildəki transfer zamanı “Santos” klubu 57 milyon avro gəlir əldə etmişdi. Lakin iddialara görə, “Barselona” bu keçid üçün 101 milyon avro xərc çəkmiş, qalan 44 milyon avronu oyunun atasına vermişdi.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.