Türkiyə "Eurovision"a qayıtmaq barədə qərar verib.
Axşam.az-ın "NTV"yə istinadən məlumatına görə, bu barədə TRT-nin İdarə Heyətindən bildirilib. Beləliklə, 2018-ci ildə Türkiyə Portuqaliyanın Lissabon şəhərində keçiriləcək müsabiqədə iştirak edəcək.
Ölkəni "Manga" qrupu təmsil edəcək. Qrup artıq ikinci dəfə "Eurovision" səhnəsinə çıxacaq. Onlar bundan əvvəl 2010-cu ildə keçirilən müsabiqədə ikinci pilləni tutmuşdular.
Qeyd edək ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ölkəni Semiha Yankın təmsil edib. Sonuncu dəfə isə 2012-ci ildə Bakıda keçirilən "Eurovision"da Can Bonomo ilə iştirak edib.