https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Müğənni yeni klipini təqdim etdi

Müğənni yeni klipini təqdim etdi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış müğənni Cavidan  Novruzov yeni klipinin təqdimat mərasimini keçirib.

Sözləri Leyla Səfərovaya, musiqisi Cavidan Novruza aid “Onun adı sevgi idi” (Yaşandı bitdi) mahnısının klipinə Aleks Anişenkonun rejissorluq edib. Əvvəlcə mətbuat nümayəndələrini salamlayan gənc müğənni klipin yaradıcı heyətinə belə bir iş ərsəyə gətirdikləri üçün minnətdarlığını bildirib. İlk dəfə olaraq təqdimat mərasimi keçirtdiyi üçün həycanlı olduğunu bildirən Cavidan mətbuat nümayəndələrinin suallarından yayına bilmədi. Təqdimatda onun yaradıcılığının məhşur Türk müğənnisi Burak Kutla eynilik təşkil etdiyi fikirləri səsləndi. Hətta Burak Kutun da eyniadlı mahnısının olması vurğulandı.

Bu fikirlərə Cavidan Novruz belə aydınlıq gətirib: “Mənim Burak Kutla çox yaxın dostuq münasibətlərim var. Ancaq mən düşünmürəm ki, bizim yaradıcılığımızda və səsimizdə eynilik var. Ola bilər ki, hardasa bənzərlik olsun ancaq mən qətiyyən özümü bilərəkdən Burak Kuta bənzətməyə çalışmamışam heç vaxt. O ki, qaldı mahnının adına. Açığı bu çox təsadüfi bir şey idi. Mən Burak Kutun cəmisi bircə mahnısına qulaq asmışam “Benimlə oynama” mahnısı olub bu da. Yəni onun belə adlı mahnısı olduğunu bilmirdim. Biləndən sonra isə mahnının adını dəyişərək “Onun adı sevgi idi” ilə əvəvz etdik. Ancaq hər kəs bu mahnını “Yaşndı bitdi” kimi tanıdığı üçün klipdə əvvəlki adını mötərizədə qeyd etməli olduq”. Klipin neçəyə başa gəlməsi ilə bağlı suala gənc müğənni elə də baha qiymətə ərsəyə gəlmədiyini bildirib.

Qeyd edib ki, rejissorla və yaradıcı heyətlə yaxın dostluq münasibətləri olduğu üçün demək olar ki, təkcə işıqlara və kameralara pul xərcləyib (1500 manat civarında). Jurnalistlərin suallarını cavabalandıran müğənni bildirib ki, Yunus Emrenin “Gel gör beni aşk neyledi” şeirinə yazdığı mahnıya da klip çəkdirəcək. Çəkilişlərin isə sentyabr ayında başlayacağını deyib.

GÜNEL

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.