|
|
|
|
ABŞ-da qasırğa Oklahoma Siti şəhərini müharibə meydanına çevirib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 3,3 kilometr radiusundakı qasırğa saatda 264-320 kilometr sürətlə şəhərdəki iki məktəbu və yüzlərlə evi yerlə bir edib.
Fəlakət nəticəsində ən azı 51nəfər ölüb, 70-i uşaq olmaqla 120-dən çox insan yaralanıb.
Qasırğa Oklahama Sitinin infrastrukturunu da iflic edib. Elektrik və telefon xətləri kəsilib, nəqliyyatın hərəkəti üçün ciddi problemlər yaranıb.